Saatlıda kəndirlə mübarizə idman növü üzrə turnir keçirilmişdir
"SABİRABADXƏBƏR" xəbər verir ki, 📆 05 mart 2026-cı il tarixində Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektornun təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində 5 mart - Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş Saatlı şəhər Heydər Əliyev parkında kəndirlə mübarizə idman növü üzrə yeniyetmə və gənclər arasında turnir keçirilmişdir.
📌 Turnirin keçirilməsində məqsəd kəndirdartma idman növünün rayonda inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, məktəbləri və gəncləri idmanın bu növünə marağının artırılması, sağlam həyat tərzinin təbliği və perspektivli gəncləri üzə çıxarılması olub.
🎉 Müvafiq olaraq I, II və III yerləri tutan komandalar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub














