• 20.04.2026 » 15:39

Salyanda futzal turnirinə start verildi

Salyanda futzal turnirinə start verildi © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, ⚽ Salyan rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş idarə,müəssisə və təşkilatlar arasında futzal idman növü üzrə rayon turnirinə start verilmişdir.

 20 aprel 2026–cı il tarixində Salyan Olimpiya İdman Kompleksində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun, Salyan Rayon İcra Hakimiyyətinin , Salyan Olimpiya İdman Kompleksinin və Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş idarə,müəssisə və təşkilatlar arasında futzal idman növü üzrə rayon turnirinə start verilmişdir.

  Turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

  Sonra çıxış edənlər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, Salyan Rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının sədr müavini Aqşin Babayev,FHN Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Xeyrulla Babayev və Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Samir Sadıqov bildirdilər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.Sonra turnirin baş hakimi Heydər Ağayev turnirin qaydaları barədə məlumat verdi və komandalara uğurlar arzulandı.

 Turnirin I turunun açılış oyununda FHN Muğan Regional Mərkəzinin və Salyan Rayon Polis Şöbəsinin komandaları qarşılaşmış və gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesabı ilə başa çatmışdır. 

Turnirə 06 may 2026-cı il tarixində yekun vurulacaqdır.

20 aprel 2026–cı il tarixində turnirin birinci oyun günündə aşağıdakı nəticələr qeydə alınmışdır:

FHN Muğan Regional Mərkəzi - Salyan Rayon Polis Şöbəsi - 2:2

Salyan Regional Qaz İstismar İdarəsi - FHN Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi - 0:7




Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva