• 16.04.2026 » 21:05

Salyanda “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib

Salyanda “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Salyanda “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib


"Sabirabadxəbər" xəbər verir ki, 16 aprel 2026-cı il tarixində Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra tarixi abidələrin mühafizəsi və gələcək nəsillərə çatdırılmasının vacibliyini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Hüseynova, Mədəni İrsin Qorunması, İnkişaf və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Salyan rayonu üzrə baş mütəxəssisi Təravət Məlikova, tarixçi-tədqiqatçı Sahib Həsənov, “Ana Kürüm” qəzetinin baş redaktoru Rüstəm Məlikov, rayon Ziyalılar Cəmiyyətinin sədri Allahverdi Piriyev, rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev və başqaları çıxış edərək tarixi abidələrin qorunmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar.

Çıxışlarda qeyd olunub ki, Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs nəticəsində ölkəmizdə mədəni irsin mühafizəsi sahəsində mühüm addımlar atılmış, bu siyasət bu gün də uğurla davam etdirilir. Eyni zamanda, “Şəhərsalma və Memarlıq İli”nin elan olunmasının bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğu diqqətə çatdırılıb.

Çıxış edənlər gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında tarixi abidələrin rolundan bəhs edərək, onların qorunması və təbliğinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Çıxışlardan sonra tədbir iştirakçıları muzeydə qorunub saxlanılan eksponatlara baxış keçirərək, rayonun zəngin tarixini, qədim yaşayış tərzini və mədəni irsini əks etdirən nadir nümunələrlə yaxından tanış olmuş, onların tarixi əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva