• 08.04.2026 » 14:00

Həndbol üzrə Hacıqabul şəhər turniri keçirilib

Həndbol üzrə Hacıqabul şəhər turniri keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Həndbol üzrə Hacıqabul şəhər turniri keçirilib


"Sabirabadxəbər" xəbər verir ki, Hacıqabul rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə 16–17 yaşlı oğlanlar arasında həndbol üzrə Hacıqabul şəhər turniri yüksək səviyyədə təşkil olunaraq uğurla başa çatıb. Gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və həndbol idman növünün inkişaf etdirilməsi məqsədi daşıyan yarış məktəblilər arasında böyük rəqabət və maraq doğurub.


Turnir Hacıqabul şəhər 5 nömrəli məktəbin idman zalında keçirilib. Yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən komandalar iştirak edərək öz bacarıq və hazırlıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunlarda komandalar qələbə uğrunda əzmkarlıqla mübarizə aparıblar.


Turnirin yekun nəticələrinə əsasən, 5 nömrəli məktəbin komandası bütün rəqiblərini üstələyərək I yerə layiq görülüb. II yerə 2 nömrəli məktəbin komandası sahib çıxıb. III yer isə 3 nömrəli məktəbin komandasına qismət olub.


Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən medal və diplomlarla təltif ediliblər. Turnirin keçirilməsi gənclər arasında idmana olan marağın daha da artırılmasına, onların fiziki hazırlığının gücləndirilməsinə və sağlam rəqabət mühitinin formalaşmasına öz töhfəsini verib.


Qeyd edək ki, bu cür idman tədbirlərinin mütəmadi keçirilməsi yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilində və onların idmana cəlb olunmasında mühüm rol oynayır.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva