Salyanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş yaradıcılıq sərgisi keçirilmişdir.
"Sabirabadxəbər" xəbər verir ki, 29 aprel 2026-cı il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun, Salyan Rayon İcra Hakimiyyətinin, Salyan Rayon Heydər Əliyev Mərkəzinin və Salyan Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş yaradıcılıq sərgisi keçirilmişdir.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edənlər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, Salyan Rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla və ailələrlə iş üzrə məsləhətçi psixoloqu Sevinc Səmədova, Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Yeganə Cəfərova və Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Könül Qəfərova bildirdilər ki, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır.
Sonra yaradıcılıq sərgisinə baxış keçirildi.
Tədbirin sonunda fərqlənən sərgi iştirakçıları Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.










