• 10.04.2026 » 15:46

Salyanda "Məişət zorakılığına yox!" tədbiri

Salyanda "Məişət zorakılığına yox!" tədbiri © sabirabadxeber.az
Şrift ölçüsü:


"Sabirabadxəbər" xəbər verir ki, 10 aprel 2026-cı il tarixində Salyan rayon Peşə Liseyində Salyan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Məişət zorakılığı-Uşaq və yeniyetmələrin hüquqlarının pozulmasının səbəbidir" mövzusunda tədbir keçirilib. 

Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra "Şiddətə yox de!" adlı qısametrajlı filmə baxış olub. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi təşkilat və İctimai -siyasi məsələlər şöbəsinin İctimai siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Sevinc Səmədova, Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, "Ziyalılar" İctimai Birliyinin sədri Allahverdi Piriyev, Şəhər Bələdiyyəsinin sahə müfəttişi Qafar Məmmədov, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin müdiri Yeganə Cəfərova, Heydər Əliyev Mərkəzinin müdiri Nübar Bayramova və Liseyin direktor əvəzi Elşad Xəlilov çıxışlarında uşaqlara qarşı hansı formada zorakılıqların baş verməsi, kimlərin zorakılığa tez məruz qala biləcəyi və bunun qarşısının alınması, uşaqlara qarşı zorakılıq əməllərinin formaları haqqında məlumat verilib, sosial işçilər tərəfindən ailə-məişət zəminində və ya etibar edilən mühitdə baş verən zorakılıqların gələcəkdə həmin uşaqların psixoloji problemlərlə üzləşmə ehtimalının artması barədə də ətraflı danışılıb. 

Tədbirin sonunda tələbələrə "Məişət zorakılığına yox deyək!" adlı bukletlər və məlumatlandırma vərəqələri paylanılıb. Tədbir "Məişət zorakılığına məruz qaldıqda nə verməli!" maarifləndirici videoçarxın müzakirəsi ilə başa çatıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva