"Sabirabadxəbər" xəbər verir ki, 07 aprel 2026-cı il tarixində Salyan şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində Salyan Rayon İcra Hakimiyyətinin,"Aztelekom"un Cənub Şirvan Regional Filialının Salyan şöbəsinin, Heydər Əliyev Mərkəzinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə "Uşaqları internetin zərərli təsirindən və informasiyalarından necə mühafizə edək!" adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdən öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Salyan rayon İcra Hakimiyyəti başçsı aparatının Ərazi təşkilat və İctimai siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Sevinc Səmədova, Rayon Heydər Əliyev Mərkəzinin müdiri Nübar Bayramova, "Aztelekom"-un Cənub-Şirvan Regional Filialının Salyan şöbəsinin Müştərilərlə əlaqələr sektorunun əməliyyatçısı Cəmalə Abbasova, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Fariz Sadıqlı, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin müdiri Yeganə Cəfərova, Salyan Rayon Mərkəzi Xəstəxananın Ailə Sağlamlıq Mərkəzinin pediatrı Ülviyyə Abbasova və 4 nömrəli tam orta ümumtəhsil məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İbrahim Davudzadə çıxışlarında internetin bu gün hər birimizin həyatının ayrılmaz bir hissəsinə çevrildiyini, evdə, işdə, gəzintidə belə internetsiz qalmaq mümkün olmadığını, uşaqların internet təhlükəsizliyinin təmin olunmasınin isə olduqca önəmli məsələ olduğunu, uşaqların zərərli informasiyadan qorunması üçün cəmiyyətin əleyhinə, hüquqazid hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiyaların təqdim edilərkən yetişməkdə olan gələcək nəslin bundan necə təsirlənəcəyini, narkotiki, psixotrop maddələri, alkoqolu təbliğ edən informasiya axınının qarşısının alınması və s. vurğulayıblar.








