• 23.04.2026 » 15:00

Sabirabadda MMA üzrə rayon turniri keçirilib

Sabirabadda MMA üzrə rayon turniri keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, Sabirabadda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində yeniyetmə və gənclər arasında MMA döyüş növü üzrə rayon turniri keçirilib.


✅️ Murad Mirzəyev adına MMA idman klubunda keçirilən yarışda əvvəlcə Dövlət Himni səslənib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.


🥊 Yarışın rəsmi hissəsində çıxış edən Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Kərimov Vüqar və digər qonaqlar idmaçıları salamlayaraq onlara uğurlar arzulayıblar.


📌 Yarışın keçirilməsində əsas məqsəd idmançıların fiziki sağlamlığının artırılması, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, dostluq əlaqələrinin təbliği, idmanın kütləviliyinə nail olmaq, respublikada, eləcə də Sabirabad rayonunda MMA idman növünün geniş təbliği, uşaq və yeniyetmələrin marağın artırılması və inkişaf etdirilməsindən ibarət olub.


🎉 Müxtəlif çəki dərəcələrində keçirilən yarışda qalib gələn idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlara mükafatlandırılıblar.




Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva