Şrift ölçüsü:
Çap et
🎓 MƏZUNLARIMIZ GÜMÜŞ NİŞANA LAYİQ GÖRÜLÜBLƏR
Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin 2025–2026-cı tədris ilini xüsusi nailiyyətlərlə başa vuran 2 məzunu gümüş nişana layiq görülüb.
✨ Gözəlova Zeynəb Xalid qızı
✨ Yusifzadə Rəhimə Rəşid qızı
Bu münasibətlə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tərəfindən qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş keçirilib. Görüşdə məzunların əldə etdikləri yüksək nəticələr, onların uğurlarında müəllim və valideynlərin rolu, eləcə də gələcək təhsil və karyera hədəfləri barədə fikir mübadiləsi aparılıb.
Bəhruz Nəbili məzunları qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edərək, bu uğurun onların illər ərzində göstərdikləri əzmkarlığın, məqsədyönlü fəaliyyətin və davamlı əməyin nəticəsi olduğunu vurğulayıb və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.
Məktəbimizin məzunlarını bu əlamətdar nailiyyət münasibətilə ürəkdən təbrik edir, onların uğurlarında əməyi olan müəllimlərimizə və valideynlərə təşəkkürümüzü bildiririk. 🌟
Əziz Zeynəb və Rəhimə, uğurlarınız davamlı olsun! Sizinlə qürur duyuruq! 👏💐
Kopyalandı









