• 29.01.2026 » 21:00

İmişlidə ibtidai sinif müəllimləri ilə işgüzar görüş keçirilib.

İmişlidə ibtidai sinif müəllimləri ilə işgüzar görüş keçirilib. © sabirabadxeber.az
Şrift ölçüsü:
İmişlidə ibtidai sinif müəllimləri ilə işgüzar görüş keçirilib: Oxuyub-anlama bacarıqlarının inkişafı və tədris keyfiyyətinin artırılması müzakirə olunub.
"Sabirabadxəbər.az" xəbər verir ki, İmişli rayonunda ümumi təhsil müəssisələrinin III-IV siniflərində dərs keçən ibtidai sinif müəllimləri ilə növbəti işgüzar görüş təşkil olunub. Tədbirdə Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli və İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev, təlimçi mentor Sevinc Məhərrəmova iştirak ediblər.
Görüşün məqsədi məktəblərin III və IV siniflərində təhsil alan şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, mətn üzrə iş strategiyalarının təkmilləşdirilməsi, məzmun xətləri üzrə alt-standartların reallaşdırılması və təlim məqsədinə uyğun tapşırıqların seçilməsi istiqamətində metodiki müzakirələr aparmaq olub.
Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili 2024-2025-ci tədris ilində aparılmış monitorinq qiymətləndirmələrinin nəticələrini və 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə keçirilmiş BSQ-lər (böyük summativ qiymətləndirmə) əsasında əldə olunan təhlilləri təqdim edib. Müzakirələr zamanı nəticələr əsasında formalaşan tədris göstəriciləri, müəllim fəaliyyətindəki müsbət tendensiyalar və inkişaf etdirilməli olan tərəflər ətraflı müzakirə olunub.
Xüsusi olaraq, cari tədris ilində ümumi təhsil müəssisələrinin 4-cü sinif şagirdləri üçün keçiriləcək monitorinq qiymətləndirmələri ilə bağlı müəllimlərə ətraflı məlumat verilib. Monitorinqin məqsədi, keçirilmə qaydaları və gözlənilən nəticələr barədə müzakirələr aparılıb.
Tədbirdə çıxış edən Cavid Məmmədli məktəbdaxili qiymətləndirmənin nəticələrindən səmərəli istifadənin təkcə müəllimlər üçün deyil, həm də valideynlər üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, qeyd edib ki, məktəbdaxili qiymətləndirmənin nəticələri yalnız müəllimlərin tədris prosesini düzgün planlaması üçün deyil, həmçinin valideynlərin övladlarının bilik və bacarıqlarının hansı səviyyədə olduğunu dəqiq bilməsi, onların zəif tərəflərini dəstəkləməsi və güclü cəhətlərini daha da inkişaf etdirməsi üçün zəruri məlumat mənbəyidir. Biz bu nəticələri şagirdlərimizin fərdi inkişaf yolunun izlənməsi, onların potensialının açılması və təhsil nailiyyətlərinin artırılması üçün səmərəli şəkildə istifadə etməliyik.
Görüşdə cari tədris ili üçün müəyyənləşdirilmiş hədəflər, tədris keyfiyyətinin artırılması istiqamətində nəzərdə tutulan kompleks tədbirlər və müəllimlərin peşəkar inkişafı ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müəllimlər öz təcrübələrini bölüşüblər, yeni tədris texnologiyalarının tətbiqi və şagirdlərdə müstəqil oxu bacarıqlarının formalaşdırılması yolları müzakirə olunub.
Qeyd edilib ki, oxuyub-anlama bacarıqlarının inkişafı ibtidai təhsilin əsas prioritetlərindən biridir və bu istiqamətdə müəllimlərin rolu danılmazdır. Görüşün yekununda tədris prosesinin daha da səmərələşdirilməsi, müasir təlim metodlarının tətbiqi və şagird nailiyyətlərinin artırılması üçün konkret tövsiyələr və vəzifələr müəyyənləşdirilib.
#MilMuğanRTİ #EduAz #MÜTDA #Məktəb #Müəllim #Şagird

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva