• 13.06.2026 » 15:00

Sabirabadda 5 nömrəli məktəbdə “Son Zəng” tədbiri keçirilib

Sabirabadda 5 nömrəli məktəbdə “Son Zəng” tədbiri keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:
“Son Zəng” tədbiri keçirildi.
_____
13 iyun 2026-cı il tarixində Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində məzunlar üçün “Son Zəng” tədbiri keçirildi.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Rayon İcra Hakimiyyətinin əməkdaşı Fərid Ağayev, Mil-Muğan Regional Təhsil İdarəsi Tədrisin Keyfiyyəti Sektorunun məsləhətçisi Finarə Əhədzadə və həmin sektorun əməkdaşı Nihal Fərzəliyeva qonaq qismində iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru Elsevər Kərimov çıxış edərək məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Çıxış edən qonaqlar məzunlara öz tövsiyələrini verərək, onların gələcək təhsil və peşə həyatlarında yüksək nailiyyətlər qazanacaqlarına inandıqlarını bildiriblər. Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiyalar, mahnılar və rəqs nömrələri ilə davam edib.
Sonda ən həyəcanlı an yaşanıb – məktəbdə sonuncu zəng səslənərək məzunların məktəb həyatı ilə vidalaşdıqları unudulmaz gün yaddaşlarda xoş xatirə kimi qalıb.
Məktəb kollektivi adından bütün məzunlara gələcək həyatlarında uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva