• Dünən, 09:41

Beyləqanda IX sinif şagirdlərinin valideynləri ilə təmayül təhsili barədə maarifləndirici görüş keçirilib

Beyləqanda IX sinif şagirdlərinin valideynləri ilə təmayül təhsili barədə maarifləndirici görüş keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:
Beyləqan rayonunda ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan şagirdlərin valideynləri ilə maarifləndirici görüş təşkil olunub.
Görüşün məqsədi valideynləri tam orta təhsil səviyyəsini əhatə edən yeni təhsil modelinin üstünlükləri, tədrisin təşkili və şagirdlərin gələcək təhsil imkanları barədə məlumatlandırmaq olub.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov, eləcə də cari tədris ilində IX siniflərdə təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.
Görüş zamanı valideynlərə Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində tətbiq olunan təhsil modeli barədə ətraflı məlumat verilib. Bildirilib ki, sözügedən təhsil müəssisəsi yalnız tam orta təhsil səviyyəsini, yəni X-XI sinifləri əhatə edir və burada tədris şagirdlərin maraq və qabiliyyətlərinə uyğun olaraq təmayül istiqamətləri üzrə təşkil olunur.
Çıxış edənlər qeyd ediblər ki, bu model ümumi orta təhsil pilləsini başa vuran şagirdlər üçün daha geniş və keyfiyyətli təhsil imkanlarının yaradılmasına xidmət edir. Məktəbdə tədris prosesinin müasir yanaşmalar əsasında qurulması, şagirdlərin fərdi potensialının üzə çıxarılması, onların ali təhsil və gələcək karyera hədəflərinə daha hazırlıqlı şəkildə istiqamətləndirilməsi əsas prioritetlər sırasındadır.
Vurğulanıb ki, təmayül siniflərinin təşkili şagirdlərə maraq göstərdikləri sahələr üzrə biliklərini daha dərindən mənimsəməyə imkan yaradır. Bu yanaşma həm tədrisin keyfiyyətinin yüksəldilməsinə, həm də şagirdlərin akademik nailiyyətlərinin artırılmasına müsbət təsir göstərir.
Görüş çərçivəsində valideynləri maraqlandıran suallar cavablandırılıb, məktəbdə yaradılan tədris şəraiti, şagirdlərin təhlükəsizliyi, sosial-psixoloji mühit və təhsil prosesinin təşkili ilə bağlı ətraflı izahatlar verilib.
Aşağıda Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulunun linkləri verilib. Linklər vasitəsi ilə qeyd olunan məktəblərə qəbula yazılmaq olar.
▶️Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəb
▶️İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
▶️Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
▶️Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəb
▶️Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəb

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva