• 24.02.2026 » 11:14

Mil-Muğan Regional Təhsil İdarəsi “Müasir metodist” kimi çalışan müəllimlərlə görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsi “Müasir metodist” kimi çalışan müəllimlərlə görüş keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Mil-Muğan Regional Təhsil İdarəsi-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Müasir metodist” kimi çalışan müəllimlərlə görüş keçirilib. Görüşdə İdarənin müdiri Bəhruz Nəbili və Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli iştirak ediblər.


Görüşün məqsədi məktəblərdə metodik işin təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işləri dəyərləndirmək, eyni zamanda qarşıda duran vəzifələri birgə müzakirə etmək olub.


İdarə müdiri Bəhruz Nəbili çıxışında vurğulayıb ki, “Müasir metodist” təşəbbüsü məktəblərdə sağlam və kollegial əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Metodist müəllimlər təkcə metodik dəstək göstərən mütəxəssislər deyil, həm də pedaqoji prosesdə yeniliyin təşviqçiləri, müəllimlərin motivasiya mənbəyi və məktəbdaxili inkişafın aparıcı qüvvəsidirlər. O, qeyd edib ki, bu təşəbbüs müəllimlərin peşəkar bacarıqlarının artırılmasına, tədris prosesində innovativ yanaşmaların tətbiqinə və şagird nailiyyətlərinin yüksəldilməsinə real töhfə verir.


Görüş zamanı metodist müəllimlərin fəaliyyət istiqamətləri geniş müzakirə olunub. Məktəblərdə müəllimlərə göstərilən metodik dəstək mexanizmləri, dərs müşahidələri, rəy və tövsiyələrin verilməsi, eləcə də fərdi inkişaf planlarının hazırlanması kimi məsələlər diqqət mərkəzində olub. İştirakçılar qarşıya çıxan çətinlikləri açıq şəkildə bölüşərək onların aradan qaldırılması üçün praktik həll yolları üzərində fikir mübadiləsi aparıblar.


Bununla yanaşı, tədris ili ərzində həyata keçirilən fəaliyyət planları, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, innovativ və interaktiv təlim metodlarının tətbiqi, eləcə də davamlı inkişaf strategiyaları ətrafında ətraflı müzakirələr aparılıb. Qeyd olunub ki, sistemli və məqsədyönlü metodik iş müəllimlərin peşəkarlığının artmasına, nəticə etibarilə isə şagirdlərin akademik və sosial bacarıqlarının formalaşmasına müsbət təsir göstərir.


Görüş qarşılıqlı dialoq və təcrübə paylaşımı şəraitində keçib. Müəllimlər öz təklif və təşəbbüslərini səsləndirib, gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikir və gözləntiləriniz görüşüblər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva