Şrift ölçüsü:
Çap et
🟢 Sabirabad rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə bir qrup gəncin iştirakı ilə Bayraq Muzeyinə maarifləndirici ekskursiya təşkil olundu.
🏛️ Ekskursiya zamanı gənclərimiz muzeydə nümayiş etdirilən orden və medallar, dövlət bayraqları və digər tarixi eksponatlarla yaxından tanış oldular.
🔊Daha sonra muzeyin akt zalında Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin və Peşə Liseyinin əməkdaşları çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən, xalqımızın qəhrəmanlığından və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən bəhs etdilər.
Kopyalandı










