• 04.11.2026 » 10:35

Kürdəmir xəstəxanasında 125 minlik YEYİNTİ

Kürdəmir xəstəxanasında 125 minlik YEYİNTİ © sabirabadxeber.az
Şrift ölçüsü:

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı külli miqdarda mənimsəmədə ittiham edilir.

"Sabirabadxəbər" xəbər verir ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin hesabatlıq üzrə mütəxəssisi Vüqar Hüseynova Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, təqsirləndirilən Vüqar Hüseynov işlədiyi dövr ərzində 125 min manatdan çox vəsaiti mənimsəyib.

Onun istintaq dövründə ziyanın 45 min manatını ödədiyi bildirilir.

İstintaq dövründə onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş şəxs qismində TƏBİB tanınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva