• 19.03.2026 » 10:27

Şirvanda "Novruz Bayramı və STEAM" adlı tədbir keçirilib

Şirvanda "Novruz Bayramı və STEAM" adlı tədbir keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Şirvan şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində "Novruz Bayramı və STEAM" adlı tədbir keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki, Tədbirdə Şirvan-Salyan RTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər təhsil sektorunun müdiri Varis Qasımlı, şəhid ailə üzvləri adından şəhid Zeynal Zülfüqarlının anası Şəlalə xanım, Şirvan şəhəri üzrə məktəb direktorları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin şagirdləri tərəfindən hazırlanmış STEAM sərgisinə baxış keçirilib. Tədbirdə iştirak edən qonaqlar müəllimləri və şagirdləri Novruz bayramı münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıblar. Sonra şagirdlər tərəfindən hazırlanmış milli adət-ənənələri və müasirliyi özündə əks etdirən müxtəlif səhnəciklər nümayiş olunub, rəqslər edərək, kompozisiyalar nümayiş etdirilib. Tədbir keçmişlə müasirliyin vəhdətini özündə əks etdirib.


N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva