Şrift ölçüsü:
Çap et
Bədii gimnastika üzrə 43-cü Dünya çempionatı 15-19 sentyabr 2027-ci ildə Azərbaycanda keçiriləcək.
Bu barədə “Sabirabadxəbər”ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Belə ki, Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub.
Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə Dünya çempionatının növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə təqdim olunub.
Kopyalandı



