"Sabirabadxəbər.az" xəbər verirki ,
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri şahmat üzrə ölkə çempionatının seçmə mərhələsində uğurlu nəticələr əldə edərək finala yüksəliblər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 8-16 yaşadək oğlan və qız şahmatçılar mübarizə aparıblar. Regional və şəhər çempionatları Şamaxı, Goranboy, Ağcabədi, Şəmkir, Xaçmaz, Lənkəran, Göyçay, İmişli, Qax, Şirvan, Gəncə və Sumqayıt şəhərlərində keçirilib.
Qaydalara əsasən, regional seçmə mərhələlərdə hər yaş qrupu üzrə ilk iki yeri tutan iştirakçılar Azərbaycan çempionatının final mərhələsində iştirak hüququ qazanıblar.
Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə dairəsinə daxil olan rayonlardan ümumilikdə 10 nəfər şagird bu mötəbər yarışın həlledici mərhələsində iştirak etmək hüququ əldə edib.
Nəticələr aşağıdakı kimidir:
➡️Beyləqan rayonu üzrə: 4 şagird
➡️İmişli rayonu üzrə: 2 şagird
➡️Sabirabad rayonu üzrə: 2 şagird
➡️Saatlı rayonu üzrə: 2 şagird
Şahmat üzrə ölkə çempionatının final mərhələsinin 24 mart – 2 aprel 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur.
Mil-Muğan Regional Təhsil İdarəsi olaraq yarışın final mərhələsində iştirak edəcək şagirdlərimizi təbrik edir, onlara ölkə çempionatında uğurlar arzulayırıq!








