• 28.01.2026 » 16:00

Şirvanda şahmat turnirinə start verilib

Şirvanda şahmat turnirinə start verilib © sabirabadxeber.az
Şrift ölçüsü:
"Sabirabadxəbər.az" məlumat verirki, yanvarın 27-də "Təhsil Respublika İdman Mərkəzinin Şirvan şəhəri uşaq-gənclər idman-şahmat məktəbində şahmat üzrə 8,10,12,14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının seçmə yarışlarının zona mərhələsi üzrə açılış mərasimi keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyəti başçısının müavini Aynur Fərzəliyeva və Şirvan şəhəri üzrə təhsil sektorunun müdiri Varis Qasımlı iştirak edib. Yarışda RTİ-nin tabeliyində olan şəhər və rayonların şahmat komandaları hər birinin tərkibi 10 nəfər olmaqla, ümumilikdə 50 yeniyetmə şahmatçı iştirak edir.
Qeyd edək ki, yarışda yüksək nəticə göstərən komandalar Gəncə şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva