• 11.06.2026 » 09:00

Dünya Çempionatı bu gün başlayır

Dünya Çempionatı bu gün başlayır © sabirabadxeber.az
Şrift ölçüsü:

Tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi futbol üzrə Dünya Çempionatı bu gün start götürəcək.

"Sabirabadxəbər" xəbər verir ki, mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutacaq. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

İlk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatı üçün ümumilikdə 1248 futbolçu sifariş edilib. Kabo-Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri dünyanın ən böyük futbol turnirində debüt edəcəklər.

Mundial ərzində 104 oyun reallaşacaq ki, bunların 78-nə ABŞ ev sahibliyi edəcək.

Azərbaycanlı futbol azarkeşlərinin çıxışını maraqla gözlədiyi yığmalardan biri 24 il sonra yenidən dünya çempionatına vəsiqə qazanan Türkiyə millisidir. D qrupunda yer alan “ay-ulduzlular” ilk görüşünü iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliyaya qarşı keçirəcək.

A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Çexiya;

B qrupu: Kanada, Qətər, İsveçrə, Bosniya və Herseqovina;

C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya;

D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə;

E qrupu: Almaniya, Kurasao, Kot d`İvuar, Ekvador;

F qrupu: Niderland, Yaponiya, İsveç, Tunis;

G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya;

H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay;

I qrupu: Fransa, Seneqal, Norveç, İraq;

J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya

K qrupu: Portuqaliya, Konqo Demokratik Respublikası, Özbəkistan, Kolumbiya;

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Mundialın son qalibi 2022-ci ildə Qətərdə keçirilən turnirdə kuboku başı üzərinə qaldıran Argentina millisidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva