• 09.06.2026 » 15:51

DÇ-2026-nın açılış oyununu o idarə edəcək

DÇ-2026-nın açılış oyununu o idarə edəcək © sabirabadxeber.az
Şrift ölçüsü:

DÇ-2026-nın açılış oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb.

“Sabirabadxəbər” xəbər verir ki, A qrupunda Meksika və CAR milliləri arasında keçiriləcək açılış qarşılaşmasını braziliyalı hakim Vilton Sampaio idarə edəcək.

Ona Bruno Pires və Bruno Boşilya kömək edəcəklər. VAR hakimi funksiyasını isə kolumbiyalı Nikolas Qallo yerinə yetirəcək.

Qarşılaşma iyunun 11-də Mexikoda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, DÇ-2026 mundiallar tarixində ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. FİFA turnirin oyunlarına 52 baş hakim, 88 köməkçi hakim və 30 VAR hakimi təyin edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva