• 27.03.2026 » 10:17

Azərbaycan millisi 2026-cı ildə ilk matçına çıxır

Azərbaycan millisi 2026-cı ildə ilk matçına çıxır © sabirabadxeber.az
Şrift ölçüsü:

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

"Sabirabadxəbər" xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.

Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.

Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.

FIFA Series – 2026
27 mart

19:00. Azərbaycan – Sent Lüsiya
Baş hakim: Giorgi Kruaşvili
Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Koba Revazaşvili
(Hakimlər briqadası Gürcüstandandır)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva