• 04.01.2026 » 07:30

“Qarabağ” “pley-off”da bu 4 klubdan biri ilə oynayacaq - ADLAR

“Qarabağ” “pley-off”da bu 4 klubdan biri ilə oynayacaq - ADLAR © sabirabadxeber.az
Şrift ölçüsü:

Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində sonuncu turun oyununa hazırlaşır.


"Sabirabadxəbər.az" xəbər verir ki, komandamız 8-ci turda çətin səfər oyununa çıxacaq - İngiltərədə yerli “Liverpul”un qonağı olacaq.


“Liverpul” - “Qarabağ” oyunu Bakı vaxtı ilə yanvarın 29-u saat 00:00-da başlayacaq. 


Bu oyun həm “Liverpul”, həm də “Qarabağ” üçün prinsupial xarakter daşıyır.


"Liverpul" mütləq qalib gəlmək istəyəcək, çünki bu halda 1/8 finala vəsiqəni birbaşa təmin edəcək. Heç-heçə və ya uduzmaq “Liverpul”u "pley-off"a çıxaracaq ki, bu halda da komanda hansısa rəqiblə daha iki oyun (evdə və səfərdə) keçirməli olacaq.


UEFA ekspertlərinin hesablamalarına görə, "Qarabağ" 90% Çempionlar Liqasının 24 komandası arasına - yəni "pley-off" mərhələsinə çıxışı təmin edib.


"Qarabağ" “Liverpul” üzərində qələbə qazansa və ya heç-heçə etsə "pley-off"a öz hesabına adlayacaq. Amma komandamız uduzacağı təqdirdə bir neçə digər oyunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçəcək.


Belə ki, 8-ci turda keçiriləcək 7 oyunun nəticəsi "Qarabağ" üçün çox maraqlı olacaq.


Əgər həmin 7 oyundan 2-sində, məsələn, "Barselona" (İspaniya) - "Kopenhagen" (Danimarka) oyununda ispanlar uduzmasa, eyni zamanda "Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə) matçında ingilislər məğlub olmasa, "Qarabağ"ın "pley-off"a yolu istənilən halda avtomatik açılır.


"Qarabağ"ın uduzacağı təqdirdə "pley-off"a çıxması üçün açağıdakı oyunlarda adları qara şriftlə verilmiş klublardan heç olmasa ikisi uduzmamalıdır:


"Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə)

PSV (Hollandiya) - "Bavariya" (Almaniya)

"Monako" (Fransa) - "Yuventus" (İtaliya)

"Bayer Leverkuzen" (Almaniya) - "Vilyarreal" (İspaniya)

"Atletik" (İspaniya) - "Sportinq" (Portuqaliya)

"Ayaks" (Niderland) - "Olimpiakos" (Yunanıstan)

"Barselona" (İspaniya) - "Kopenhagen" (Danimarka)


Yeri gəlmişkən, "Qarabağ"ın “pley-off”dakı potensial rəqibləri də artıq məlumdur: komandamız növbəti mərhələdə bu 4 klubdan biri ilə qarşılaşacaq. Bunlar İngiltərənin “Nyukasl”, İtaliyanın “Atalanta” və “İnter”, Almaniyanın “Borussiya Dortmund” klublarıdır.


Qeyd edək ki, "Qarabağ" da daxil olmaqla daha 17 komanda “pley-off” mərhələsi üçün yarışacaq. 


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva