• 25.01.2026 » 15:40

Barselona" 16 yaşlı futbolçunu transfer etməyə yaxındır

Barselona" 16 yaşlı futbolçunu transfer etməyə yaxındır © sabirabadxeber.az
Şrift ölçüsü:

İspaniyanın "Barselona" klubu İngiltərənin "Norviç" komandasında çıxış edən 16 yaşlı hücumameyilli yarımmüdafiəçi Ajay Tavaresin transferini reallaşdırmağa yaxındır.

"Sabirabadxəbər"məlumat verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kataloniyalılar 2009-cu il təvəllüdlü istedadlı futbolçu ilə müqavilə bağlamaq üçün son razılaşma mərhələsindədir.

Ajay Tavares "Norviç" klubunun gənclər akademiyasının yetirməsidir. O, cari mövsüm klubun U-18 kollektivində çıxış edib.

Qeyd edək ki, Ajay Tavares daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), "Leypsiq", "Bavariya", İtaliyanın "Milan", "Yuventus", İngiltərənin "Arsenal", "Mançester Siti" və "Çelsi" kimi nəhəng klubların da maraq dairəsində olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva