• 06.03.2026 » 09:48

Martın 5-də Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb

Martın 5-də Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb © sabirabadxeber.az
Şrift ölçüsü:

Martın 5-də Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb.

"SABİRABADXƏBƏR" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışların ilk günündə idmançılar təsnifat mərhələsində qüvvələrini sınayırlar. Gimnastlar sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar proqramlarında çıxış edirlər.


Turnirdə ölkəmizi Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər. İlk günün nəticələrinə əsasən Nikita Simonov və Dəniz Əliyeva final mərhələsinə vəsiqə qazanıblar.


Qeyd edək ki, 30-dan çox ölkədən idmançıların mübarizə apardığı yarış martın 8-də başa çatacaq.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva