sabirabadxeber.az / Azərbaycan daha bir mötəbər yarışın ev sahibi olacaq

Azərbaycan daha bir mötəbər yarışın ev sahibi olacaq

Bədii gimnastika üzrə 43-cü Dünya çempionatı 15-19 sentyabr 2027-ci ildə Azərbaycanda keçiriləcək.

Bu barədə “Sabirabadxəbər”ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Belə ki, Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub.

Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə Dünya çempionatının növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə təqdim olunub.

17.08.2026 » 09:00
Geri