• 29.05.2026 » 19:13

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.


Nazirlikdən Sabirabadxəbər-ə verilən xəbərə görə, FHN-in təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.


Dövlət Himninin səsləndirilməsi ilə başlanan yarışda Regional Mərkəzin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.


Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.


Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Neftçala rayonu, Qədimkənd kənd tam orta ümumtəhsil məktəbinin komandası I yerə, Salyan rayonu, Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin komandası II yerə, Saatlı rayonu, Əlisoltanbəyli kənd tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülüb.


Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva