• 26.05.2026 » 10:34

28 May – Müstəqillik Gününə həsr olunmuş intellektual yarış keçirilib

28 May – Müstəqillik Gününə həsr olunmuş intellektual yarış keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:
Saatlı şəhəri Məşədi Əzizbəyov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Məktəbin 8-9-cu sinif şagirdləri arasında təşkil olunan yarışın əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərlərin təbliği, şagirdlərin intellektual potensialının inkişaf etdirilməsi, onların bilik və dünyagörüşünün artırılması olub.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşı Ceyhun Əsədov, həmçinin Saatlı Gənclər Evi Sosial Xidmət müəssisəsinin yaradıcılıq klubunun rəhbəri Sahil Türkmən iştirak ediblər. Qonaqlar çıxışlarında gənclərin intellektual inkişafının vacibliyindən danışaraq bu cür yarışların şagirdlərin analitik düşüncə qabiliyyətinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
İntellektual yarışda ümumilikdə 6 komanda mübarizə aparıb. Komandalar tarix, coğrafiya, ədəbiyyat, məntiq və ümumi dünyagörüşünü əhatə edən müxtəlif suallar üzrə biliklərini sınayıblar. Yarış boyunca iştirakçılar yüksək hazırlıq səviyyəsi, çevik düşüncə və komanda işi nümayiş etdiriblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, I yerə VIIIB sinfinin “Sabahın Alimləri” komandası layiq görülüb. II yeri IXB sinfinin “Ümid” komandası, III yeri isə VIIIA sinfinin “Legion” komandası tutub.
Tədbirin sonunda qalib komandalara diplomlar təqdim olunub, iştirakçılara isə gələcək yarışlarda uğurlar arzulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva