• 28.04.2026 » 14:30

Sabirabad Gənclər Evinin komandası region birincisi oldu

Sabirabad Gənclər Evinin komandası region birincisi oldu © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabad Gənclər Evinin komandası region birincisi oldu


"Sabirabadxəbər" xəbər verir ki, Sabirabad rayonunda gənclərin intellektual inkişafı istiqamətində mühüm addımlar atan Sabirabad Gənclər evi daha bir uğura imza atıb. Müəssisənin formalaşdırdığı güclü intellektual baza öz nəticəsini verərək, gənclər növbəti dəfə region səviyyəsində fərqləniblər.


İmişli rayonunda təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə region turnirində Sabirabad Gənclər Evinin komandası qələbə qazanaraq I yerə layiq görülüb. Turnir Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Uşaq-Gənclər İdman-Şahmat məktəbində keçirilib.

Gərgin və maraqlı mübarizə şəraitində baş tutan yarışda ümumilikdə 10 komanda və 54 gənc iştirak edib. Sabirabad Gənclər Evinin “Terminal” komandası yüksək intellektual hazırlığı, çevik düşünmə qabiliyyəti və komanda ruhu ilə bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi olub.


Qalib komanda yarışın sonunda diplomlarla təltif olunub. Bu uğur Sabirabad Gənclər Evində aparılan məqsədyönlü fəaliyyətin, gənclərin intellektual potensialının inkişafına verilən diqqətin bariz nümunəsidir.

Qeyd edək ki, Sabirabad Gənclər Evi istedadlı gənclərin üzə çıxarılması, onların inkişafına dəstək verilməsi və regionda güclü intellektual mühitin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva