• 28.04.2026 » 11:29

Saatlıda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Saatlıda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər “Şahin” hərbi-idman oyunun gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olduğunu, ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsində, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasında, “Şanlı Zəfər” tarixini təbliğ etmək məqsədi ilə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olduğunu vurğulayıblar və yarış iştirakçılarına uğurlar arzulayıblar.

Rayon birinciliyində şəhər və kənd tam orta məktəblərin komandaları mübarizə aparıb. Komandalar sıra hazırlığı, intellektual müsabiqə, çadırın qurulması, darağa patronun doldurulması, boşaldılması, avtomatın sökülməsi, yığılması və digər mərhələlər üzrə yarışıblar.

V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbin komandası I yerə, M.Mirzəliyeva adına Sarıcalar kənd tam orta məktəbin komandası II yerə, S.Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

I yeri tutan V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsində Saatlı rayonunu təmsil etmək hüququ qazanıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva