Sabirabadda “Şahin” hərbi-idman oyunları üzrə rayon mərhələsi keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki, Sabirabad OİK-də Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə tam orta məktəblərin X və XI sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Sabirabad rayon mərhələsi keçirilib. 27 məktəbin iştirakı ilə baş tutan yarışda H.Z.Tağıyev adına şəhər 6 saylı məktəbin komandası I yerə, M.Müşfiq adına şəhər 4 saylı tam orta məktəbin komandası ll yerə, M. Məlikov adına Şəhriyar kənd tam orta məktəbi isə III yerə layiq görülüb. H.Z.Tağıyev adına şəhər 6 saylı tam orta məktəbin komandası I yerə çıxmaqla Sabirabad rayonunda keçiriləcək zona birinciliyinə iştirak hüququ qazanıb.


















