🟢 Beyləqanda “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində “Sərhəd” hərbi-idman oyunu keçirilib. Hərbi-idman oyununda Beyləqan rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən ümumtəhsil məktəblərinin X sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər.
Yarışda iştirak edən gənclər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə atəş açılması, yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və digər meyarlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
🏆Oyunun nəticələrinə əsasən:
🥇Birinci Şahsevən kəndi 2 nömrəli tam orta məktəbin “Şahin” komandası I yer,
🥈Birinci Şahsevən kəndi 3 nömrəli kənd tam orta məktəbin “Zirvə” komandası II yer,
🥉Qaradağlı kənd tam orta ümumtəhsil məktəbin “Boz Qurd ” komandası isə III yerə layiq görülüblər.
Qalib komandalar diplom və fəxri fərmanla təltif ediliblər.















