sabirabadxeber.az / Beyləqanda “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Beyləqanda “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

🟢 Beyləqanda “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.


"Sabirabadxəbər" xəbər verir ki,  Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində “Sərhəd” hərbi-idman oyunu keçirilib. Hərbi-idman oyununda Beyləqan rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən ümumtəhsil məktəblərinin X sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər. 

Yarışda iştirak edən gənclər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə atəş açılması, yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və digər meyarlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.


🏆Oyunun nəticələrinə əsasən:

 🥇Birinci Şahsevən kəndi 2 nömrəli tam orta məktəbin “Şahin” komandası I yer, 

 🥈Birinci Şahsevən kəndi 3 nömrəli kənd tam orta məktəbin “Zirvə” komandası II yer, 

🥉Qaradağlı kənd tam orta ümumtəhsil məktəbin “Boz Qurd ” komandası isə III yerə layiq görülüblər.

Qalib komandalar diplom və fəxri fərmanla təltif ediliblər.



02.04.2026 » 14:20
Geri