"Sabirabadxəbər.az" xəbər verirki , “Məktəbli Kuboku”nun qalibləri bəlli oldu: Saatlı və Beyləqan məktəbliləri fərqləndilər.
---
Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı və “Global Olympiad Center”in dəstəyi ilə reallaşdırılan “Məktəbli Liqası” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Məktəbli Kuboku”nun region təhsil idarələri üzrə final mərhələsi yekunlaşıb.
Yarışın məqsədi məktəblilərin intellektual potensialını üzə çıxarmaqla yanaşı, onların məntiqi və analitik düşüncə, çevik qərarvermə bacarıqlarını inkişaf etdirməkdir. Bu cür intellektual platformalar şagirdlərin yalnız biliklərini yoxlamaqla kifayətlənmir, həm də onları komanda ruhunda işləməyə, ünsiyyətə və sağlam rəqabətə təşviq edir. Eyni zamanda, layihə gənclərin asudə vaxtının səmərəli təşkilində xüsusi rol oynayır.
Yarışın final mərhələsində bilik və bacarıqlarını nümayiş etdirən Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbin "Birlik" komandası I yerin, Beyləqan rayonu Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin "Gəraylar" komandası isə II yerin qalibi olublar.
Qalib komandaları təbrik edir, onlara gələcək yarışlarda və təhsillərində uğurlar arzulayırıq!
#MilMuğanRTİ #EduAz #MÜTDA #Məktəb #Şagird #BilikYarışı








