• 06.04.2026 » 17:19

İmişlidə “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

İmişlidə “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsi keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

🟢 İmişlidə “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində “Sərhəd” hərbi-idman oyunu keçirilib. Hərbi-idman oyununda İmişli  rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən ümumtəhsil məktəblərinin X sinif şagirdlərindən ibarət 8 komanda iştirak edib. 
Yarışda iştirak edən gənclər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə atəş açılması, yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və digər meyarlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

🏆Oyunun nəticələrinə əsasən:
 🥇Qızılkənd kənd tam orta məktəbin “Turan”  komandası I yer, 
 🥈Aranlı kəndi 1 nömrəli kənd tam orta məktəbin “Aran” komandası II yer, 
🥉Çaxırlı kənd tam orta  məktəbin “Sərhədçi” komandası isə III yerə layiq görülüblər.
Qalib komandalar diplom və fəxri fərmanla təltif ediliblər.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva