• 15.03.2026 » 18:30

Bu ərazidə 760 abonent qazsız qaldı

Bu ərazidə 760 abonent qazsız qaldı © sabirabadxeber.az
Şrift ölçüsü:

Astara şəhəri, M.Əzizbəyov küçəsində yeni kanalizasiya xətlərinin çəkilişi zamanı orta təzyiqli yeraltı qaz xətti zədələnib.


Sabirabadxəbər” xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.


Bildirilib ki, baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik məqsədilə M.Əzizbəyov, S.Vurğun və N.Paşa küçələri üzrə ümumilikdə 760 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.


“Hazırda yaranmış nasazlığın aradan qaldırılması istiqamətində təmir-bərpa işlərinin aparılması planlaşdırılır. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq”, - deyə məlumatda qeyd edilib.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva