• 16.02.2026 » 12:12

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabah İmişli, Saatlı və Sabirabad rayonlarında, eləcə də Şirvan şəhərinin müəyyən hissələrində mavi yanacağın verilişində məhdudiyyətlər olacaq.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu haqda məlumatı "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən "Azadkənd-İmişli" yüksək təzyiqli magistral qaz kəmərinin (diametri 530/377/325 mm) korroziyaya uğramış hissələrində təmir-bərpa işləri həyata keçiriləcək.

Təmir işləri səbəbindən saat 09:00-dan başlayaraq proses yekunlaşanadək İmişli və Saatlı rayonlarının tam ərazisində (ümumi 46 071 abonent), Sabirabad rayonunun bəzi kəndlərində (ümumi 26 672 abonent) və Şirvan şəhərinin Bayramlı qəsəbəsində (ümumi 510 abonent) qaz təchizatının dayandırılması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva