• 11.02.2026 » 11:40

Güclü qar səbəbindən bu rayonlarda yollar bağlandı

Güclü qar səbəbindən bu rayonlarda yollar bağlandı © sabirabadxeber.az
Şrift ölçüsü:

Ötən gün axşam saatlarından yağan intensiv qar Cəlilabad və Biləsuvar rayonlarında bir sıra fəsadlara səbəb olub.

“Sabirabadxəbər.az” xəbər verir ki, güclü qar səbəbilə Cəlilabad–Yardımlı avtomobil yolunun dağlıq hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, bəzi ərazilərdə yollar tam bağlanıb. 

Rayonun dağlıq zonasında yerləşən 19 kənddə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

Biləsuvar rayonunda da güclü qar səbəbindən avtomobillərin hərəkəti xeyli çətinləşib, bir sıra yaşayış məntəqələrində elektrik enerjisində fasilələr müşahidə olunur.

Hazırda hər iki rayon üzrə müvafiq dövlət qurumları tərəfindən yolların açılması, enerji təchizatının bərpası və digər fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva