• 05.03.2026 » 16:12

Sabah qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabah saat 11:00-dan etibarən Şəki rayonunda 2 668 abonentin qaz təchizatı dayandırılacaq.

"SABİRABADXƏBƏR"  xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
 

Bildirilib ki, buna səbəb Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində "Oğuz" qazpaylayıcı stansiyanda yüksəktəzyiqli qaz xəttinin üzərində olan filtrin giriş hissəsində nasaz vəziyyətdə olan diametri 80 millimetr kranın dəyişdirilməsidir.


Qeyd olunub ki, məhdudiyyət Şəki rayonunun Qayabaşı, Çayqaraqoyunlu, Şəki, Sarıca, Qozlubulaq, Cəyirli kəndləri və Turan qəsəbəsində cəmi 2 654 əhali və 14 qeyri əhali abonenti əhatə edəcək.

Eyni zamanda Zaqatala RQİİ-nin Oğuz xidmət sahəsində "Oğuz" QPS-də yüksək təzyiqli qaz xəttinin üzərində olan qaz filtrinin giriş hissəsində nasaz vəziyyətdə olan diametri 80 mm-lik kranın dəyişdirilməsi ilə əlaqədar sabah saat 11:00-dan işlər yekunlaşanadək "Yaqublu" QPS-dən qidalanan "Oğuz" ("Yaqublu") ölçü qovşağından (Oğuz şəhəri və 23 kənddə cəmi 9679 əhali, eləcə də 152 qeyri-əhali abonenti) və yüksək təzyiqli magistral qaz kəmərindən qidalanan "Qoz məhsulunun gərzəkdən təmizlənməsi, yuyulması və qururdulması zavodu" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Hər iki rayon ərazisində sözügedən işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq./Bizim.Media

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva