• 06.03.2026 » 21:29

Şəkidə 3200 abonent qazsız qaldı

Şəkidə 3200 abonent qazsız qaldı © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün saat 16:45-dən etibarən Şəki rayonunun Sarıtorpaq, M.F.Axundov, Əzizbəyov, Haqverdiyev, Giləhli, Ş.Axundova, Əfqanlar, Otaqeşiyi küçələrində (ümumi olaraq Şəki şəhərinin Yuxarı Baş adlanan ərazisi) cəmi 3 200 abonentin qaz təchizatı daxildən dayandırılıb.

"SABİRABADXƏBƏR" xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Şəki rayonu ərazisində diametri 57 millimetr olan orta təzyiqli qaz xəttində aşkarlanan sızmanın ləğvi ilə əlaqədar təmir işləridir.

Qeyd olunub ki, təmir işləri aparıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva