• 13.03.2026 » 16:04

Yüzlərlə abonentin qazsız qalma - SƏBƏBİ

Yüzlərlə abonentin qazsız qalma - SƏBƏBİ © sabirabadxeber.az
Şrift ölçüsü:

Lənkəran rayonu ərazisində Havzava və İstisu kəndlərini təbii qazla təchiz edən qaz xəttinin birləşmə nöqtəsində qaynaq tikişində güclü qaz sızması aşkar olunub.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə saat 15:20-dən etibarən Havzava və İstisu kəndləri daxil olmaqla, ümumilikdə 1 300-ə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Qeyd edilib ki, təmir-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva