• 12.03.2026 » 21:08

Daha 664 abonentin qazı olmayacaq

Daha 664 abonentin qazı olmayacaq © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabah saat 10:00-dan etibarən Xaçmaz rayonu "Ariz" yaşayış kompleksi, "Ariz" yaşayış kompleksi 2, Ş.Mehrəliyev, 9-cu Kvratal, Ş.Tarverdiyev, S.Ələsgər, A.Cəbrayılov və N.Nərimanovun bir hissəsi olmaqla ümumilikdə 664 abonentin qaz təchizatında fasilə yaranacaq.


"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.


Bildirilib ki, qaz təchizatının dayandırılması Xaçmaz Xidmət Sahəsinin Qusarçay orta təzyiqli qaz kəmərinin şəhər istiqamətində ayrılan "d" qaz xəttinə balans ölçü qovşağının quraşdırılması ilə əlaqədardır.


Qaz təchizatı quraşdırma işləri başa çatdıqdan sonra bərpa ediləcək.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva