• 16.09.2026 » 09:00

Sabirabadın 5 nömrəli məktəbində “Bilik Günü” qeyd olunub

Sabirabadın 5 nömrəli məktəbində “Bilik Günü” qeyd olunub © sabirabadxeber.az
Şrift ölçüsü:
Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində UBR Günay Qarayevanın təşkilatçılığı ilə 15 sentyabr – “Bilik Günü” münasibətilə tədbir keçirilib.
____
Tədbirdə Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elsevər Kərimov şagirdləri, müəllimləri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, məktəbin qarşıdakı tədris ilində qarşıya qoyduğu məqsədlərdən və təhsil nailiyyətlərinin daha da artırılması istiqamətində görüləcək işlərdən danışıb.
Daha sonra Leyla Xəlilova Rzazadə, Bəhruz Nəbili və Həsən Həsənov çıxış edərək şagirdləri “Bilik Günü” münasibətilə təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıblar.
Çıxışlarda 15 sentyabr – “Bilik Günü”nün ölkəmizin bütün təhsil ocaqlarında böyük təntənə və yüksək əhval-ruhiyyə ilə qeyd olunduğu bildirilib. Qeyd olunub ki, yeni tədris ilinin başlanması hər bir şagird üçün yeni biliklərə, yeni hədəflərə və yeni uğurlara aparan yolun başlanğıcıdır.
Çıxışlarda məktəbin Azərbaycan təhsilində özünəməxsus ənənələri və əldə etdiyi nailiyyətlərə diqqət çəkilib, şagirdlərin keyfiyyətli təhsil alması, onların hərtərəfli şəxsiyyət kimi formalaşması və gələcəkdə ölkəmizin inkişafına layiqli töhfə verməsi istiqamətində müəllimlərin üzərinə mühüm və məsuliyyətli vəzifələrin düşdüyü vurğulanıb.
Tədbirdə şagirdlərə və pedaqoji kollektivə “Bilik Günü” münasibətilə xoş arzular çatdırılıb, yeni tədris ilində onlara möhkəm cansağlığı, yüksək nəticələr və uğurlar arzulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva