• 31.05.2026 » 15:33

Bərdədə avtomobillər toqquşub, xəsarət alanlar var

Bərdədə avtomobillər toqquşub, xəsarət alanlar var © sabirabadxeber.az
Şrift ölçüsü:

Bərdə rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonu Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə sonuncu idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Yol qəzasında xəsarət alan 10 nəfər - 1994-cü il təvəllüdlü Babayev Orxan Vüqar oğlu, 2004-cü il təvəllüdlü Hacıyev Röyal Rövşən oğlu, 2007-ci il təvəllüdlü Hətəmov Ayxan Natiq oğlu, 2007-ci il təvəllüdlü Nəcəfli Mirşahin Yelmar oğlu, 1979-cu il təvəllüdlü Paşayev Efras Ayaz oğlu, 1990-cı il təvəllüdlü Həmidova Rabella Əlibaba qızı, 2018-ci il təvəllüdlü Həmidzadə Ömər Kamandar oğlu, 1964-cü il təvəllüdlü Həmidova Şəkurə Yaqub qızı, 1963-cü il təvəllüdlü Həmidov Həmid Fərrux oğlu və 1988-ci il təvəllüdlü Həmidov Kamandar Həmid oğlu Bərdə Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva