• 09.04.2026 » 20:00

Biləsuvarda iki yol qəzası olub, xəsarət alanlar var 

Biləsuvarda iki yol qəzası olub, xəsarət alanlar var  © sabirabadxeber.az
Şrift ölçüsü:

Biləsuvar rayonu ərazisində iki yol qəzası baş verib. 

"Sabirabadxəbər" xəbər verir ki, ilk hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Xırmandalı kənd sakini, 1991-ci il təvəllüdlü Rövşən Abbasov idarəetdiyi motosikleti maneəyə çırpıb. Nəticədə o müxtəlif bədən xəsarətləri alaraq, rayon xəstəxanasına çatdırılıb. 

Digər yol qəzası isə rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, rayon xəstəxanasına yerləşdirilib. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva