Neftçalada “ Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Hər birimiz bir fidan” adlı ağacəkmə aksiyası keçirilib.
"Sabirabadxəbər" məlumat verir ki, 🔹14 aprel 2026-cı il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksinin həyətyanı sahəsində “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Hər birimiz bir fidan” adlı ağacəkmə aksiyası keçirilib. Aksiyanın əsas məqsədi yaşıllıqların qorunmasının və artırılmasının təbliğidir. Ətraf mühitə qayğı göstərmək, təbiəti qorumaq və gələcək nəsillər üçün daha yaşıl, daha sağlam bir dünya yaratmaqdır. Memarlıq və şəhərsalma yalnız binaların tikilməsi deyil, həm də insanların rahat, sağlam və ekoloji cəhətdən təmiz mühitdə yaşamasını təmin etmək deməkdir. Yaşıl zonalar, parklar, ağaclar şəhərlərin ayrılmaz hissəsidir. Çünki ağaclar havanı təmizləyir, insanlara həyat verir və şəhərlərə gözəllik qatır. “Hər birimiz bir fidan” şüarı ilə kiçik bir addım atmaqla böyük dəyişikliklərə səbəb ola bilərik. Əkdiyimiz hər bir fidan gələcəyin böyük ağacına çevriləcək, kölgə verəcək, nəfəs verəcək və həyat bəxş edəcək. Əkilən fidanlar sadəcə ağac deyil, həm də bizim təbiətə olan sevgimizin, məsuliyyətimizin və vətənə bağlılığımızın bir simvoludur. Təbiəti qorumaq hər birimizin borcudur. Çünki gələcək nəsillərə buraxacağımız ən böyük miras təmiz hava, yaşıl təbiət və sağlam mühitdir.
✅Ağacəkmədə Neftçala rayon gənclər və idman sektorunun əməkdaşları və gənclər iştirak edib.










