• 13.03.2026 » 21:20

Nefçalada "Gələcəyin şəhəri və tarixi binalar" adlı müsaqibə keçirildi

Nefçalada "Gələcəyin şəhəri və tarixi binalar" adlı müsaqibə keçirildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala Dövlət Rəsm Qalereyası, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektoru, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektoru və Neftçala Peşə Məktəbi Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə “Gələcəyin şəhəri və tarixi binalar” mövzusunda gənclər və yeniyetmələr arasında rəsm və poster müsabiqəsi keçirilib.


Tədbirdə rayon rəsmiləri, mədəniyyət və təhsil işçiləri, həmçinin ictimaiyyət iştirak edib. Çıxış edən natiqlər ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərindən, müasir şəhərsalma prinsiplərinin tətbiqindən və tarixi memarlıq abidələrinin qorunmasının əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, “Şəhərsalma və Memarlıq İli”nin elan olunması bu sahədə görülən işlərin daha da genişlənməsinə və gənclərin bu istiqamətdə maarifləndirilməsinə xidmət edir.


Sonra müsabiqə çərçivəsində açılan sərgiyə baxış olub. Müsabiqəyə təqdim olunan rəsm və posterlərdə iştirakçılar gələcəyin şəhərləri ilə bağlı baxışlarını, müasir memarlıq elementlərini və tarixi binaların qorunmasının vacibliyini yaradıcı şəkildə əks etdiriblər. 


Münsiflər heyətinin qiymətləndirməsinə əsasən müsabiqədə I, II və III yerlərin qalibləri müəyyən olunub, onlar diplom və təşəkkürnamələr təltif ediliblər.


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva