• 12.03.2026 » 22:40

İmişlidə “Körpələrlə yaşıl addımlar” ağacəkmə aksiyası keçirilib.

İmişlidə “Körpələrlə yaşıl addımlar”  ağacəkmə aksiyası keçirilib. © sabirabadxeber.az
Şrift ölçüsü:

İmişli şəhər 2 nömrəli uşaq bağçasında “Körpələrlə yaşıl addımlar” adlı ağacəkmə aksiyası keçirilib.


"Sabirabadxəbər" xəbər verir ki, Aksiya uşaqlarda təbiətə sevgi, ətraf mühitə qayğı və ekoloji düşüncə tərzinin formalaşdırılması məqsədi ilə təşkil olunub. Tədbir zamanı bağçada təhsil alan balacalar böyük həvəslə aksiyaya qoşularaq bağçanın həyətində müxtəlif ağac və kol bitkilərinin əkilməsində iştirak ediblər.


Balacalar müəllimlərinin köməyi ilə əkilən hər bir ağacın gələcəyin yaşıl mühitinə töhfə olduğunu öyrənib, təbiəti qorumağın vacibliyi barədə məlumatlandırılıblar. 


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva