• 02.02.2026 » 18:30

Uzuntəpədə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Uzuntəpədə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər.az" xəbər verirki,  Uzuntəpədə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib


Uzuntəpə bələdiyyəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov iştirak edərək yaşıllıqların artırılması və ekoloji mühitin qorunmasının vacibliyini vurğulayıb. Rayon rəhbəri bu cür təşəbbüslərin davamlı olmasının əhəmiyyətini qeyd edərək, yerli icra strukturlarının və bələdiyyələrin şəhərsalma siyasətinə uyğun şəkildə həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu bildirib.

Tədbir zamanı 150 ədəd Sərv, 150 ədəd Eldar şamı ağacı əkilib və ərazinin abadlaşdırılması istiqamətində praktiki işlər görülüb. Aksiya yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədi daşıyıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva