• 05.03.2026 » 22:01

“Neftçi” İdman Klubu tərəfindən ağacəkmə aksiyası keçirildi - Fotolar

“Neftçi” İdman Klubu tərəfindən ağacəkmə aksiyası keçirildi - Fotolar © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün “Neftçi” İdman Klubu tərəfindən Suraxanı rayonunda yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində ağacəkmə aksiyası keçirilib.

“SABİRABADXƏBƏR” xəbər verir ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təşkil olunan tədbirdə klubun rəhbərliyi və əməkdaşları, məşqçiləri, idmançıları, eləcə də klubun tanınmış yetirmələri – Hacı Əliyev, Taleh Məmmədov və İsa Rüstəmov iştirak ediblər.

Aksiyada şam ağacları əkilib, onlara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək, ictimaiyyətin diqqətini yaşıllıqların çoxaldılmasına və qorunmasına yönəltmək, eləcə də bu kompleksdə idmanla məşğul olan yüzlərlə yeniyetmə və gəncə təbiətə sevgi və qayğını aşılamaqdan ibarətdir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva